Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SİRR
is. [ər.] 1. Başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən, deyilməyən, hamının bilməli olmadığı söz, iş və s. Ev bizim, sirr bizim. (Məsəl). [Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Məmmədquluzadə. [Şərif Almaza:] Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın. C.Cabbarlı. [Südabənin anası:] Qulaq asın, sizə bir sirr deyəcəyəm. M.İbrahimov. // Gizli səbəb; bir şeyin daxili, gizli mahiyyəti. Müvəffəqiyyətin sirri. Qələbənin sirri.
2. Hələ açılmamış, dərk edilməmiş, öyrənilməmiş bir müəmma kimi qalmış şey. Təbiətin sirləri. Kosmosun sirləri. - [Usta Ramazan] torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. M.Hüseyn. Dünyanın bütün sirlərini öz arzu və əməllərinə görə açan və şərh edən insan özünü bu sirrə də vaqif bilirdi. M.Rzaquluzadə. // Başqalarının bilmədiyi məlumat, bilik, üsul, yol. Aktyorluq sənətinin sirlərini bilmək. Öz ixtisasının sirlərini dərindən öyrənmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....