Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SİRAYƏT

is. [ər.] Yoluxma, keçmə. □ Sirayət etmək - 1) yoluxmaq, keçmək. Xəstəlik sirayət etdi. Qrip sirayət edən xəstəlikdir;
keçmək, keçərək yayılmaq. Səs əvvəl [Zeynalın] qulaqlarında əcaib bir halda cingildəyib, cəmi bədəninə sirayət etdi... Çəmənzəminli. [Əhməd:] Durduğum yerdə ayaqlarımın xəfifcəsinə əsməsi bütün bədənimə sirayət etmişdi. T.Ş.Simurq. // Məc. mənada. [Daşdəmirin] gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə. ..Bir anda qızın həyəcanı ovçuya da sirayət elədi, hər ikisi təpədən enib meşəyə sarı yüyürdü. Ə.Məmmədxanlı. Səməndərin gülüşü Nərgizə də sirayət elədi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....