Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SİRAB
sif. [fars.] klas. Doymuş (su və s. mayelərlə). □ Sirab etmək (eləmək, qılmaq) - 1) klas. doydurmaq (su, şərab və s. ilə). Yarı gecələr ki çeşmeyi-xab; Gözlər çəmənin qılırdı sirab. Füzuli. Demərəm badə ilə et məni sirab, xuda; Bari, çox olmasa da, qismətimiz az olsun. S.Ə.Şirvani. Sirab eləyib ləli-ləbin Sabiri, ey şux! M.Ə.Sabir; 2) bolluca su vermək, su ilə doyuzdurmaq. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan çay axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edir. Ə.Haqverdiyev. Sirab olmaq - doyunca içmək, içib doymaq. Qoymuşdum evə bir neçə şişə şərab; Yatdım ki, durub sübh olam ondan sirab. S.Ə.Şirvani. [Mirab:] Nə danışırsan ə! - deyə, Qədim dayını acıqlı-acıqlı süzdü. - Ağalığın yeri qovrulacaq, armudboğaz Qədim suya sirab olacaq?! S.Rəhimov. [Mühəndis Fərəcova:] Yuxarı Qarabağın neçə-neçə kolxozu sirab olacaq. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....