Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SİNƏDƏFTƏR

sif. və is. [fars. sinə və ər. dəftər] Yaddaşı, hafizəsi möhkəm olan; çox bilən, ürəyində çox sözü olan, hazırcavab. [Mürsəl:] Dədə, deyirlər Turaclıda sinədəftər kişilər olub. Ə.Vəliyev. [Aşıq Valehin] gəncliyi gözəllərin həsrəti ilə yanmış, sinədəftəri qapanmış, səsindəki şux təranələr susmuşdu. Ə.Məmmədxanlı. // Hafizə, yaddaş. Çox şairlərin əşarı [Mirzə Səfərin] sinədəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü rus dilinə tərcümə edərdi. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....