Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SİLMƏK
f . 1. Dəsmal və s. ilə qurulamaq. Əl-üzünü silmək. Bədəni silmək. - [Tahir] yaylıqla Alının yanaqlarını və alnını silib təmizlədi. M.Hüseyn. Nərgiz hər tərəfdən üstünə yağan suallara cavab vermədən əvvəl qolu ilə gözünü sildi, başına yığılmış adamların üzünə baxdı. Ə.Məmmədxanlı. // Əsgi və başqa bir şeylə silib çirkini və s.-ni təmizləmək. ..Uşağın əlindəki taqalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. C.Məmmədquluzadə. Tüfənglərimizi silib təmizlədikdən sonra əlüzümüzü yuyub otağa keçdik. M.Rzaquluzadə.
Pozmaq, üstündən xətt çəkmək, çıxarmaq. Siyahıdan silmək. Dəftərdən adını silmək. - Elə ki müəllimin adını sildilər, sədr dedi: - Adam verin, kandidat qoyaq. Mir Cəlal.
məc. Unutmaq, xatirindən çıxartmaq. O ilin yay tətilini bitirərək şəhərə qayıdıb işlərimə başlayınca Ceyranı tamamilə xatirimdən sildim. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....