Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SİLKƏLƏMƏK
f 1. Təkan verərək, dartaraq bu tərəfdən-o tərəfə bərk tərpətmək, yerindən oynatmaq, sarsıtmaq. Gənc sərt əlilə Bayramı silkələdi. M.Hüseyn. Arvad [Aydının] üstünə atılıb bərk silkələdi. H.Seyidbəyli. // Meyvələri salmaq üçün ağacı bərk tərpətmək, əsdirmək. Tut ağacını silkələmək. // Bir şeyin üstündəki tozu, zibili və s.-ni təmizləmək üçün çırpmaq, bərk əsdirmək, silkib təmizləmək. Süfrəni silkələmək. Xalçanı silkələmək. - Pinəçi bir də Gülnaza baxıb fikrə getdi. Ayağa durub çirkli döşlüyünü silkələdi və: - Dalımca gəlin, - deyib, dükanın arxasına keçdi. M.İbrahimov. [Bəy] çubuğun külünü silkələyərək dik-dik rəncbərin üzünə baxırdı. Mir Cəlal.
Atıb-tutmaq, yırğalamaq. Araba bizi yaman silkələdi. - Bir dəfə maşın nəyin isə üzərindən tullanaraq bizi bərk silkələdikdə dodaqlarım [leytenantın] kürəyinə toxundu. İ.Əfəndiyev.
Oynatmaq, o tərəf-bu tərəfə əsdirmək, tərpətmək. Seyid Səməd başını bir silkələdi: - Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur. Ə.Haqverdiyev. Boz at qəşəng başını silkələyib səkdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....