Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SİLİB-SÜPÜRMƏK
f 1. Süpürgə, əsgi və s. ilə bir yeri silmək, süpürmək, təmizləmək. Dükançıların bir çoxu öz dükanlarının qabağını silib-süpürürdü. P.Makulu. [Bəyim xala] gündə iki-üç yol həyətimizi silibsüpürür. İ.Hüseynov.
2. məc. Özü ilə yığıb aparmaq, götürüb aparmaq, heç bir şey qoymamaq. [Xəlil:] Zalım qızı otaqları elə silib-süpürüb aparıbdır ki, kağız-kuğuzdan savayı bir şey qalmayıbdır. N.Vəzirov. [Yusif:] Əşi, birdən elə sel gəlir ki, az qalır Sultanbud meşəsini silibsüpürüb apara. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....