Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SİLAH
is. [ər.] 1. Hücum və ya müdafiə üçün alət; yaraq. ..Silahlarını yanlarına atıb oturmuş üç əsgər .. söhbət edirdi. Ə.Əbülhəsən. Əlinə silah alanlar .. düşmən üstünə yüyürdü. Mir Cəlal. isi dayı silahı çarpayıya söykədi. B.Bayramov.
2. məc. Bir şeyi əldə etmək üçün vasitə, üsul, yol. Qələm silahımız, səngər sıramız; Yarasa düşməni basmış qaramız. M.Müşfiq. [Ovçu anasına:] İndi bu kitablardır mənim silahım, indi işıqsaçan bu silahla mən əbədi olaraq qaranlığa qarşı vuruşacağam. Ə.Məmmədxanlı. □ Silah oynatmaq - müharibə ilə hədələmək, qorxutmaq. Silaha sarılmaq - silahlanmaq, silaha əl atmaq. [Qoca:] Pars sarayında əsas təşkil edən yeddi əsil ailə nümayəndələri muğlara boyun əyməyərək silaha sarılıb Smerdisi devirdilər. Çəmənzəminli. Həqiqət qılıncla durur üz-üzə; Silaha sarılaq, ummayaq artıq; İlandan dostluq, qurddan aşnalıq. S.Vurğun. Soyuq silah kəsici, ya batıcı silah (xəncər, qılınc, süngü və s.).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....