İzahlı lüğət

SİQNAL

[alm. Signal] 1. Hər hansı bir məlumatı, xəbəri, komandanı və s.-ni uzaqlara vermək üçün şərti səs və ya işıq işarəsi. işıq siqnalı. Siqnal vermək. Hava siqnalı. - [Tahir] uzaqdan siqnal verdi. M.Hüseyn. Hava təhlükəsi siqnalı arasıkəsilmədən eşidilirdi. Ə.Vəliyev. Mehriban bütün gücünü toplayıb siqnallara cavab verməyə çalışır, lakin bacarmırdı. H.Seyidbəyli. // məc. İşarə. Fikrimiz və yolumuz sinifsiz gələcəyə siqnaldır. S.Vurğun.
2. məc. Arzuedilməz bir işin baş verdiyi və ya baş verə biləcəyi haqqında xəbərdarlıq, məlumat. [Əlyarov Ərknaza:] ..Sənin barəndə siqnal var, Riqadan hökumət mağazasının qiymətli şeylərini götürüb qaçmısan. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......