İzahlı lüğət

SIZILDAMAQ

f . 1. Yüngülcə ağrımaq, sızı vermək. Sümüklərim sızıldayır. Dişi sızıldamaq. - Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. Qıçları ağrıyıb sızıldayırdı. Məmmədquluzadə. [Firuzun] sümükləri sızıldayır. Ə.Məmmədxanlı.
2. məc. Halından, həyatından şikayətlənmək, ağlayıb-sızlamaq. Ey sevdiyim, səndən cüda düşəli; Qan-yaş töküb sızıldaram, yanaram. Q.Zakir. [Mirzə Bağır Mirzə Həsənə:] Sızıldamaq elə sənin köhnə peşəndir. Çəmənzəminli. // Zarımaq, inildəmək, ağlamaq. [Uşaq] neçə dəfə sızıldayıb anasını çağırdı. Mir Cəlal. [Camal] sızıldayır, arvadı Tükəzban da başına-gözünə vura-vura şivən qoparırdı. Ə.Abasov. Qapı ağzında xəstə, arıq, sarıbəniz bir uşaq yerə yıxılıb sızıldayırdı. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed