Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SIRIQLI

1. sif. Sırıq vurulmuş, sırıq atılmış. Sırıqlı paltar. - [Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, bir də döşü sırıqlı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov. [Əsgər bəy] sarı, ipək arxalığının sırıqlı boğazının cılıqqalarını açdı. Ə.Vəliyev.
2. is. Gödəkcə, candonu. Sırıqlı tikdirmək. Şofer əynindəki sırıqlını çıxarıb [Aydının] dalınca qışqırdı. H.Seyidbəyli. [Firəngiz Şahinə:] Əgər sən üşüyürsənsə, götür sırıqlını gey... B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....