Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SIRA

is. 1. Yan-yana və ya ard-arda duran adamlar və ya şeylər düzümü; səf, cərgə. Evlər sırası. iki sıra durmaq. - [Uşaqlar:] Sıralara duraq biz; irəliyə, irəliyə; Yeni dünya quraq biz. C.Cabbarlı. [Xasay] sırada dayandı. Sıra nömrəsini saydı. Ə.Vəliyev. // Kinoda, teatrda və s.-də oturmaq üçün bir xətdə düzülmüş yerlər. Qabaq sırada oturmaq. Yerimiz dördüncü sıradadır. - Birinci sırada makinalara buraxılmış xam dəmir parçaları son sıralarda hazır avtomobil olaraq vaqonlara yüklənirdi. Çəmənzəminli. Qurultayın birinci iclasında təsadüfimi və ya bilərəkdənmi Eldar [Ceyranın] arxasındakı sırada oturur. S.Hüseyn. Bu və ya başqa bir münasibətlə, ya təşkilati cəhətcə bir arada birləşən adamlar toplusu; heyət. - [Fərman] həmişə bu yerlərin gələcəyini, sabahını görür və sabahı yaradanlar sırasında olması ilə fəxr edirdi. Ə.Sadıq. [Məzlum:] Məni sıranızdan pozun. S.Vəliyev.
coğr. Cərgə, silsilə. Qarlı dağlar sırası. - Budur önümdədir təpəsi qarlı; Qafqazın möhtəşəm sıra dağları. M.Rahim.
Növbə. Sırası gəldikcə. indi sizin sıranızdır. Mənim sıram hələ gəlməyib. Sinif, dərəcə, cərgə, mərtəbə, rütbə, zümrə. Bizi onların sırasına daxil etməyin.
Adətən “bir” sözü ilə: bir sıra - bir çox, bir miqdar, çoxlu, yaxud bir qədər, bəzi. Bir sıra məsələ. Bunun bir sıra səbəbi var. Oxuculardan bir sıra məktub gəlmişdir.
□□ Sıradan çıxartmaq - korlamaq, xarab etmək, işləməz, yararsız hala salmaq. Maşını sıradan çıxartmaq. - [Sultan:] Lap açıq demişəm ki, [Qoşqar], səni sıradan çıxartmaq üçün Sultan Əmirlinin kifayət qədər gücü də var idi. İ.Hüseynov. Sıradan çıxmaq - korlanmaq, xarab olmaq, daha işə yaramamaq, işləyə bilməmək. Maşın sıradan çıxmışdır. Sıradan qalmamaq - hamı ilə birgə hərəkət etmək, yoldaşlarından geri qalmamaq, ayaqlaşmaq. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. A.Şaiq. Sırası gəldikcə - yeri gəldikcə, növbəti gəldikcə. Bu sırada - bu vaxt, bu arada, bu zaman, bu anda. Bu sırada Rüstəm bəy də artıq gülməyə başladı. Çəmənzəminli. Bu sırada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid. Bu sırada zavallı mühəndisin gözlüyü də gözündən düşdü. B.Talıblı. O sıradan - o cümlədən. Qurultayın böyük tərbiyəvi əhəmiyyəti daha yaxından ədəbiyyatın və o sıradan dramaturgiyanın yeni yüksək pillələrə qalxmasına yardım edəcək, geniş imkanlarla özünü göstərmiş olacaqdır. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....