Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SILDIRIM
sif. Çılpaq, dik və uca; yalçın. Sıldırım dağ. - [İskəndər bəy] sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş ikimərtəbəli sarayında oturub hər tərəfə fərman göndərərdi. Ə.Haqverdiyev. Xoş gəldin söyləyir yenə şairə; Sinəsi sıldırım qayalı dağlar. S.Rüstəm. // Sıldırımlı. Biz sıldırım və çətin bir yol ilə gedirik. M.İbrahimov. // is. Dik qaya. Uşaqlığım uçurumlar, sıldırımlar arasında keçmişdi. İ.Əfəndiyev. Nərgizin fikri .. qanad çalır, sıldırımlarda dayanan ağacların .. yanında süzürdü. B.Bayramov. // Uçurum, yarğan. [Koroğlu] atı vurub sıldırımın kənarına gəldi. “Koroğlu” .
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....