Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SIXIŞDIRMAQ

f 1. Sıxmaq, sıxcalamaq. Kəndlilər bir-birini sıxışdıraraq aralığı açıb Firidunu qabağa buraxdılar. M.İbrahimov. Hümmətlə Yusif özünü yetirəndə Həmzə Şahmarı yaxalayıb, hesabdarın stoluna sıxışdırmışdı. B.Bayramov.
2. Sıxıntı vermək, incitmək, əziyyət vermək, qısnamaq, qısqı gəlmək. Hacı Kərim [Bəxtiyarı] sıxışdırır və pulunu tələb edirdi. S.Hüseyn. [Bəhlul:] Baş mühəndis [Qaraxalovu] sıxışdırırdı. B.Bayramov. // Sıxışdırıb aradan çıxarmaq, təzyiq etmək, təsir etmək. İbrahim xanı sıxışdırmaq yaxın tədbirlərdən biri idi. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....