İzahlı lüğət

SIĞALLAMAQ

f . Əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu hamar şəklə salmaq, düzəltmək; tumarlamaq. Saqqalını sığallamaq. Saçlarını sığallamaq. Telini sığallamaq. // Masaj eləmək, ovmaq. Əlacı üzülmüş Nərgiz gah oğlunu dilə tutur, gah qarıya kömək eləyib uşağın qarnını sığallayır. Ə.Vəliyev. // Nəvaziş, mehribanlıq, riqqət, oxşama əlaməti olaraq əlini xəfifcə birinin başına və ya üstünə sürtmək, çəkmək. Kosa isə öz işində olmaqla toyuqlardan tutub başını sığallayır və buraxırdı. S.Rəhimov. Kabla Novruzqulu [uşaqları] öpüb, sığallayıb, hərəsinin ovcuna bir ağ pul bayramlıq basardı. H.Sarabski. // Məc. mənada. Ləpələr sığallayır nəhəng gövdəsini “Avrora” nın; Yuxulu bir ananın əli kimi. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed