Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏRV
is. [fars.] 1. bot. Cənubda bitən iynəyarpaqlı, həmişəyaşıl ağac. Sərv 20-25 metr hündürlükdə, iynəyarpaqlı, həmişəyaşıl ağacdır. iynə yarpaqları pulcuqşəkillidir. H.Qədirov. Axşamlar [Afaq] şairlə bərabər bağçadakı qoşa sərv ağacları altında oturar, xəyalı şairin xəyalına qoşulub gələcəyə doğru uçardı. Ə.Məmmədxanlı. məc. Klassik şeirdə: gözəlin qaməti bu ağaca oxşadılır. Vey sərv, nə xoş canalıcı qəmzələrin var; Həm şivələrin var! M.Ə.Sabir. [Mərsiyəxan qadına:] Bu sərv qamət, bu cazibəli gözlər, siyah danə... Bunlar röyamı? Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....