Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SƏRT

sif. 1. Bərk, möhkəm. Sərt daş. - Bu vaxt yaxında, sərt qayaların dalında insan gülüşləri, külüng və motor səsləri eşidildi. Z.Xəlil.
2. Şiddətli, kəskin (yumşaq, mülayim ziddi). Sərt iqlim. Sərt soyuq. Sərt şaxta. Sərt külək. - Əlimizi aparardı sərt ayaz; Ruzimiz olurdu gündən-günə az. Aşıq Ələsgər. [Seyfəli] aranın .. istisindən çıxıb yaylağın sərt soyuq havasına düşdüyü üçün üşüyüb acı alma kimi büzüşmüşdü. B.Bayramov. // Zərf mənasında.
Ellərə car çəkən payızın səsi; Düzlərdə sərt əsən küləklərdədir. N.Xəzri.
məc. Qaba, kobud, tünd, kəskin. Sərt adam. Sərt xasiyyət. - Rüstəm kişi Səkinəyə sərt bir cavab verdi. M.İbrahimov. Yaxşı, daha niyə belə lüt-üryan dayanmısan qabağımda, geyin gedək! - deyə, Sultan qardaşı oğlunu sərt nəzərlə süzdü. İ.Hüseynov.
Cod, yumşaq olmayan. Sərt tük. Sərt yun. Sərt parça.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....