Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏRİNLƏNMƏK
məch. Sərində oturmaq, yaxud sərin su içmək, sərin su ilə yuyunmaq və s. ilə özünü sərinlətmək, hərarətini azaltmaq. Balkonda oturub sərinləndim. Soyuq su içib sərinləndim. - [Şiraslan düşünürdü] ..hər çeşmədən yüz-yüz maşının min-min sərnişini yayın isti, qızmar günlərində bu sudan [turş sulardan] içib sərinlənərsə, .. bizim işçi adamlar üçün nə qədər də xeyirli bir iş görülmüş olar. S.Rəhimov. Pəncərəmi döyür çinar; Deyir çinar: - Çıx sərinlən kölgəmdə sən. N.Xəzri. // Sərin olmaq, sərin düşmək. Cığır aşağıya günəş şüaları buraxmayan bu göyçək əzəmətli ağacların arası ilə keçib dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....