Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SƏRİN

sif. 1. Az soyuq, ilıq ilə soyuq arası. Sərin hava. Sərin su. Sərin çeşmə. Sərin meh. - itlər, çobanlar meşələrə, sərin kölgələrə çəkilmişdilər. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri. // is. Sərin hava, sərin yer. Sərində oturmaq. Sərində yola düşərik. Sərinə çəkilmək. - ..Ətəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da [Səriyyə xalaya] qısıldılar. M.İbrahimov. □ Sərin düşmək hava bir qədər soyumaq, sərinləşmək. Axşamlar sərin düşəndə əhali küçələrə tökülür. M.İbrahimov.
məc. Arası soyuq, incik, incimiş. Əzizim, nə dərindi; Dəryalar nə dərindi; Mən yara nə dedim ki; O mənimlə sərindi? (Bayatı). Yarpız isə çox sərin (z.) və etinasız cavab verirdi. Mir Cəlal.
□□ Sərin baxmaq - laqeyd olmaq, ürəyi yanmamaq, vecinə gəlməmək. Yad yığılıb sərin baxar, ağlamaz; Qərib öldüm, bikəs öldüm, ad öldüm. M.V.Vidadi. Ürəyini sərin saxlamaq - bax ürəyinə sərin su səpmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....