Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SƏRHƏD

is. [fars. sər və ər. hədd] 1. Qonşu torpaqları, sahələri, ərazini bir-birindən ayıran xətt; mərz. Avropa ilə Asiyanın sərhədi. // Qonşu dövlətlərin ərazisini, ya sularını biribirindən ayıran xətt; hüdud. Dövlət sərhədi. Su sərhədi. Sərhədi pozmaq. - Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. M.Hüseyn. [Eldar:] Biz sərhəd boyunda yaşayırıq, buralarda tez-tez qəribə və gözlənilməz hadisələr baş verir. M.Rzaquluzadə.
məc. Yol verilən norma; hədd, hüdud. Hər şeyin bir sərhədi olmalıdır. - Bəzən də heç bir sərhəd, heç bir məqam gözləməyən arvadı inandırmaq üçün çətin bəhsə girişməli olurdu. B.Bayramov. □ Sərhəd qoymaq son qoymaq, hədd qoymaq. Sərhədi keçmək - ədəb dairəsindən çıxmaq, cızığı keçmək, həddini aşmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....