Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏRGİ
is. 1. Camaata göstərilmək üçün müəyyən qaydada qoyulmuş, ya asılmış şeylər və onların nümayiş etdirildiyi yer. Rəsm sərgisi. Sənaye sərgisi. Xalça sərgisi. - O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş kənd təsərrüfat sərgisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn. [Lətifə:] Rəssam Mehmanzadənin fərdi sərgisi idi. M.Hüseyn. [Cavanşir bəy Bəhruza:] Opera teatrının foyesində sizin sərginizi düzəltmək olar. Ə.Məmmədxanlı.
Qurumaq üçün sərilmiş meyvə və s. // Bunların sərildiyi yer. Baba bağın bir guşəsində mövcalan qayırardı ki, külək şiddətli əsəndə sərgini külək aparmasın. H.Sarabski.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....