Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏRGƏRDAN
sif. və zərf [fars.] Yersizyurdsuz, sərsəri, avara. Sərgərdan adam. -Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // Başını itirmiş, çıxış yolu tapa bilməyən. Yazıq Ələsgərəm, sərgərdan canım; Qurban sizin kimi dosta, gözəllər!.. Aşıq Ələsgər. Boynu çiynində, qoltuğunda əli; Zarü-məhzun, məlulisərgərdan. C.Cabbarlı. □ Sərgərdan gəzmək (dolanmaq) - veyillənmək, işsiz-gücsüz, bikar gəzmək, avaralanmaq. Ey soran halım mənim, mən bir dili-sədparəyəm; Eşq səhrasında sərgərdan gəzən avarəyəm. M.V.Vidadi. Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət. Sərgərdan qalmaq - əli hər şeydən çıxmaq, yersizyurdsuz qalmaq, işindən, yurdundan avara düşmək. Baş tülək deyilsən, çolpa balasan; Sərgərdan qalarsan, tora düşərsən. Aşıq Ələsgər. [Kəndli:] ..Biz 40gün nə üçün avara, sərgərdan qalaq? Qantəmir. Sərgərdan qoymaq (eləmək) - işdən-gücdən eləmək, işindən ayırıb avara qoymaq. Bu dərdlər oyar məni; Al qana boyar məni; Ögeydən ana olmaz; Sərgərdan qoyar məni. (Bayatı). Bir nəzər qıl mənə, ey çeşmi-xumar; Eyləyibdir məni sərgərdan zülfün. M.P.Vaqif. [Mirzə:] Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib, gətirib buraya. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla