Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏMT
is. [ər.] 1. Cəhət, tərəf, yön. Günəş səmtinə baxmaq. Dəniz səmtinə tərəf getmək. - Ağac səmtinə yıxılar. (Ata. sözü). Axirüləmr [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı. Məmmədquluzadə.
istiqamət. Su səmtini tutmaq. Küləyin səmtilə getmək.
məc. Yaxın adam, qohum-əqrəba mənasında. Öz səmtindən qız almaq. - Aşkardı ki, qlava öz səmtini qoyub özgəni katdalıqda saxlamayacaq. C.Məmmədquluzadə.
□□ Səmt düşmək - yaxınlaşmaq, yaxın düşə bilmək, yaxına getmək. Xosrovdan başqa heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....