Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏMİMİYYƏT
is. [ər.] 1. Səmimilik, açıqürəklilik; səmimi münasibət. Ailədəki səmimiyyət. Səmimiyyət göstərmək. - Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfıq. Oğlanın sözlərindəki səmimiyyəti hiss edən Məşədibəy bir qədər arxayınlaşıb sükuta qərq oldu. M.Hüseyn.
2. Səmimiyyətlə şəklində zərf - səmimi olaraq, səmimi; açıq ürəklə, saf qəlblə. Səmimiyyətlə cavab vermək. - [Mansur] ..hər dəfə əlimi əlinə aldıqda səmimiyyətlə sıxardı. Çəmənzəminli. Məmmədov böyük bir səmimiyyətlə arvadın əlini sıxdı. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla