Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏMƏNİ
is. etnoqr. 1. Novruz bayramında boşqablarda göyərdilən buğda. Süfrənin ortasında ara-sıra boşqablarda yaşıl səməni qoyardılar. H.Sarabski. [Sultan və Vəli] bu bənövşə dəstələrini novruz-bayramı münasibətilə məcməyilərdə göyərdilmiş səmənilərin ortasına qoyacaqlar. Ə.Sadıq. □ Səməni qoymaq - xalq adətincə Novruz bayramı münasibətilə boşqablarda buğda göyərtmək. Səməni də qoydu gəlin bayramqabağı; Palpaltarı, qab-qacağı çəkdikcə suya. S.Vurğun. Günəş öpdü çəməni; Evdə qoyduq səməni. M.Dilbazi.
Göyərmiş buğda, şirəsindən bişirilən bir növ halva. Bəzi yerlərdə insana bir xəta üz verəndə nəzir elərlər və haman xəta rədd olandan sonra səməni qonşulara paylarlar. “Mol. Nəsr.”
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla