Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏLİQƏ
is. [ər.] Nizam və qayda, bir şeyin düzgün vəziyyəti, nizamda olması. Səliqəyə salmaq. Şeyləri səliqə ilə düzmək. Kitabları səliqədə saxlamaq. - Evin səliqəsində heç bir dəyişiklik yox idi. M.Hüseyn. Qədir kişi Fərmanın evinin səliqəsini çox bəyəndi. Ə.Sadıq. // Bir şeyi nizam və qaydada, gözəl vəziyyətdə saxlama və ya işləmə qabiliyyəti. Onun səliqəsinə söz yoxdur. □ Səliqə ilə bax səliqəli 1 və 3-cü mənalarda. Oğlan çox səliqə ilə geyinmişdi. İ.Əfəndiyev. Cahangirovun seyrək ağ saçları səliqə ilə dala daranmışdı. S.Qədirzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla