Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏKSƏKƏ, SƏKSƏKİ
is. Həyəcan, iztirab, təşviş, təlaş, narahatlıq. [Şəhrəbanu xanım:] Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkiyəm, etdiyi işlərdən heç bilirsənmi? M.F.Axundzadə. Sayad bacının ana ürəyi həmişə səksəkədə idi. M.Hüseyn. Ürəklərdə səksəkə; Baxışlarda intizar, insanlar axın-axın; Salona toplaşırlar. R.Rza.
□□ Səksəkə içərisində olmaq, ürəyi səksəkədə olmaq - narahatlıq keçirmək, həyəcan içərisində olmaq, iztirab keçirmək. Mindilli səksəkə içərisində, o yan-bu yana baxabaxa içəri keçir. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....