Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏKİ
is. 1. Piyadaların gediş-gəlişi üçün küçənin hər iki tərəfində asfalt, daş, taxta və s. döşənmiş və adətən küçədən bir qədər hündür yol. Səki ilə getmək. Səkiyə çıxmaq. Səkidə üz-üzə gəlmək. - Faytonlar daş döşəməli bir səkinin ağzında durdular.. M.İbrahimov. Çobanlar ağır addımlarla kəndin orta küçəsi ilə uzaqlaşıb gedir, səkidə dirəyə söykənib dayanmış Qumru isə onların başı üstündən hara isə uzaqlara baxırdı. Ə.Məmmədxanlı.
Oturmaq üçün həyətdə, hamamda, qapı ağzında və s.-də düzəldilmiş hündür yer. Şeyləri səkiyə yığmaq. - [Qadınlar] hər halda günəş istiliyini duymayırdılar, çadralarına bürünüb qır səki üzərində oturmuş və gözlərini məhkəmə qapısına dikmişdilər. T.Ş.Simurq. Bu, qaya içində salınmış, qabağında kiçik daş səkisi olan, torpaq damlı, kiçikcə pəncərəli, bir qapıcığazlı daxma idi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....