Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏHV
is. [ər.] Yazıda, hesablamada, müəyyən məsələnin həllində, işdə və s.-də yanlışlıq; nöqsan, xata. İmla səhvi. Səhv hərəkət etmək. Səhv düşmək. - Demək, Nigar səhvini anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana bilməz. S.Hüseyn. Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı. Mir Cəlal. □ Səhv etmək (eləmək, buraxmaq) - xataya, nöqsana yol vermək, yanılmaq, düzgün hərəkət etməmək. Birinci dəfə səhv etmək. Səhv buraxdığına görə töhmət aldı. - Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən haman səhvi eləmə. C.Məmmədquluzadə. [Süleyman:] .. Vallahi, çox böyük səhv eləmişəm, gərək bu qızı mən alaydım... U.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....