Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏFİL
sif və zərf [ər.] Daimi yaşayış yeri olmayan, daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan; avara, sərgərdan, sərsəri, veyil. Səfil adam. Səfil həyat sürmək. Səfil yaşamaq. - [Cavanşir bəy Dilaraya:] Sən o səfil rəssamdan əl çək! Ə.Məmmədxanlı. [Zeynal:] Mən əvvəlki səfil və rəzil həyatdan tamamilə əl çəkib sənə tərəf gəlirəm. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // İs. mənasında. Dedik ki, torpaqda nə səfil, nə ac; Nə də bir kimsəsiz görünsün gərək! S.Vurğun. // Acınacaqlı, müsibətli, fəlakətli; səfalətli. [Qutluq:] Sən də məni məhv et, rica edirəm. Məni bu səfil həyatın əlindən qurtar. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....