Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏFƏRBƏRLİK
is. 1. Müharibə elanı ilə əlaqədar olaraq, ehtiyatda olan müxtəlif yaşlıların və hərbi qulluğa yararlı olanların ordu sıralarına çağırışı. Səfərbərlik elan olunan gündən Gülpəri heç nəyə əl vurmamışdı. M.Hüseyn. // məc. Hər hansı bir işin, kütləvi tədbirin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün adamları cəlb etmə, səfərbər etmə. Müharibə dövründə işçi qüvvəsi çatışmadığından, çox vaxt bu işlər səfərbərlik şəklində həyata keçirilirdi. İ.Şıxlı.
Ölkənin sülh vaxtı mövcud olan silahlı qüvvələrini müharibə şəraitinə keçirmə. Hava qüvvələrinin səfərbərliyi. Ölkənin bütün qüvvələrinin səfərbərliyə götürülməsi. // Xalq təsərrüfatının bütün sahələrini hərbi vəziyyətə keçirmə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla