Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SƏDƏF
is. [ər.] Bəzi balıqqulağıların iç qatmı təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə. Yaxasına hərdən-hərdən; İnci sədəf düzən gözəl! Aşıq Ələsgər. İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev. // Sədəfdən qayrılmış, sədəflə bəzədilmiş. Sədəf düymə. Sədəf qaval. - Səba xanım öz etidalını itirmədi. Kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı. M.S.Ordubadi. Tarçı, köklə sarı simi; Bir şey çal ellər eşqinə! Durma, köklə sədəf tarı. M.Müşfiq. // məc. Öz parlaqlığı, zərifliyi, rənginin saflığı ilə sədəfi xatırladan (bəzən obrazlı təşbehlərdə işləyir). Bir şirin göftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanədəndir. M.V.Vidadi. Sədəf dəhanından çıxan sözlərin; Hər biri bir qeybixəzanədəndir. M.P.Vaqif. Gülzarın süzgün baxışı, yanaqlarının atlaz şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüstəmin bu gün səhər gördüyü kimi qarşısında idi. T.Ş.Simurq. □ Sədəf kimi - ağ, parlaq. Onun sədəf kimi ağ dişləri parıldayır, iki ala gözləri dərin bir səmimiyyətlə alışıb yanırdı. M.Hüseyn. ..Güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə. Sədəf saçmaq (səpmək) - nur saçmaq, işıqlandırmaq, parıldatmaq. Gündüz yağan qar toxtamış, Ay aləmə sədəf saçırdı. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....