Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SƏBİRSİZLİK

is. 1. Səbri olmama, səbir edə bilməmə, bir yerdə aram tapa bilməmə, hövsələsizlik, qərarsızlıq. Oğul, səbirsizlik adama həmişə ziyan verər. “Koroğlu” .
Daxili həyəcan və iztirab, narahatlıq. Bütün günü səbirsizlik içində olmaq. Səbirsizliklə şəklində zərf - təlaşla, həyəcanla, təlaş və həyəcan içində. Nadir isə başını aşağı dikib diqqətlə dinləyirdi və böyük səbirsizliklə bu söhbətin sonunu gözləyirdi. B.Talıblı. Dəmirqaya ön sırada oturub səbirsizliklə məhkəmənin başlanmasını gözləyirdi. H.Nəzərli. Aslan səbirsizliklə [Lazarın] sözünü kəsib, incimiş halda dedi. S.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....