Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SEYR2
is. [ər.] Seyr etmə, baxma, tamaşa etmə, göz gəzdirmə. [Vaqif] meşənin seyrindən ayrılıb Mədinəni süzməyə başladı. Çəmənzəminli. □ Seyr etmək - baxmaq, tamaşa etmək. Ətrafı seyr etmək. - Xanların sözünə baxmayaraq qapının aralığında durub yağışı seyr edirdim. Qantəmir. Seyr edib yaxını, gah da uzağı; Bir az seçə bildim qaranı ağdan. B.Vahabzadə. Seyrə dalmaq - fikri bir şeyin seyrinə getmək, seyr etmək. [Arxeoloq:] Bu bəzəkli çöllərin; Seyrinə dalan zaman; Coşmamış olmaz ürək. H.Hüseynzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....