Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SEVMƏK
f . 1. Eşq yetirmək, aşiq olmaq. Səni sevən çox bəlaya tuş olur; Əql gedir başdan, fəramuş olur. M.P.Vaqif. [Əsgər:] Əlbəttə, xanım. Göz gördü, könül sevdi. U.Hacıbəyov. Əşrəf Nazlını ilk görən gün sevdi. S.Rəhman. // Qəlbən bağlı olmaq, sadiq olmaq. Vətənini sevmək. Ailəsini sevmək. - [Nizami:] Mən bu yerləri sevirəm. Sevgi isə mənim ən böyük ilham mənbəyimdir. M.Hüseyn.
Əzizləmək, oxşamaq, riqqət göstərmək. Həqiqət ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. N.Nərimanov. Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Onun belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb, sevməyə, oxşamağa başladı. Ə.Vəliyev.
Bir şeyin aludəsi olmaq, ona hədsiz maraq göstərmək, meyli olmaq, çox istəmək, xoşlamaq. Mütaliəni sevmək. Əl işlərini sevmək. - [Firidun Sərhəngə:] Sərhəng, mən sizin haqqınızda çox şey eşitmişdim, lakin şuxluğu sevən (f.is.) adam olduğunuzu eşitməmişdim. M.İbrahimov. Yer üzündə sevdiyim; Çiçəklərdir, çiçəklər. N.Xəzri.
□□ Allahı sevərsən - bax Allah. Gəl, Allahı sevərsən, zahida, sən bu riyadan keç. S.Ə.Şirvani. [Hacı Osman:] Rəhim bəy, bir bəri gəl! Allahı sevərsən, bu xatanı mənim başımdan elə.. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....