Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SEÇMƏ1
1. “Seçmək”dən f.is.
sif. Oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı. Seçmə üzük. Seçmə xalça. -Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal.
sif. Ən hörmətli, ən görkəmli, ən seçilmiş, ən sayılan. Toya seçmə adamları çağırmaq. - [Bəhlul:] ..Mərziyənin xətrinə mən də çox yerə seçmələr (is.) sırasında dəvət edilirdim. B.Bayramov.
is. biol. Canlı təbiətin inkişafı prosesində həyatın dəyişən şəraitinə ən çox uyğunlaşmış orqanizmlərin davam gətirib yaşaması. Beləliklə, mühit amilləri şəraiti ilə əlaqədar olaraq seçmə nəticəsində camışlarda tənəffüs (südlük) tipi formalaşmışdır. A.Ağabəyli. // Seleksiya. [Qarabağ atı] xalqın uzun əsrlər boyu apardığı yaradıcılıq işi nəticəsində, xalq seçməsi (selleksiyası) nəticəsində yaranmışdır. “Qarabağ atı” .
sif. məc. Gözəl, xoş, ürəyəyatan. Birinə göz edirdi, bəzisinə gülümsünürdü və kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....