Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAZİŞ
is. [fars.] 1. Qarşılıqlı razılığa gəlmə, qarşılıqlı razılıq, anlaşma, fikir birliyi, həmrəylik, birlik. Məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur. F.Köçərli.
2. Müqavilə. Beynəlxalq sazişlər. Sazişi pozmaq. Sazişə riayət etmək. □ Saziş bağlamaq - bir məsələ haqqında danışıq aparıb razılığa gəlmək, müqavilə bağlamaq.
□□ Saziş etmək (eləmək) köhn. - uyğunlaşmaq, ümumi dil tapmaq, düzəlişmək, uzlaşmaq, ünsiyyət tapmaq. Ol gül üzardə ərəqin xoş səfası var; Türfə budur ki, saziş edər atəş ab ilə. Q.Zakir. O vaxt acıqlı, qaş-qabaqlı və mütəkəbbir müəllimlər ilə saziş eləmək doğrudan da ən çətin məsələlərdən birisi idi. Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....