Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAYILMAQ
məch. 1. Hesablanmaq, sayı, ədədi bilinmək. Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.
Hesab edilmək, bilinmək, ...kimi qiymətləndirilmək. [Rzaquluxan] kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. M.S.Ordubadi. ..Ərəgedib boşanmaq böyük bir qəbahət sayılırdı. Çəmənzəminli. // ...kimi tanınmaq, hesab edilmək. Sayılırsan vətən övladlarının bir fərdi; Vətən imdadinə iştə çağırır hər fərdi. A.Səhhət. Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn. Oğlan indi evin böyüyü sayılırdı. S.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....