Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAYIQ
sif. və zərf 1. Öz işində, hərəkətində ehtiyatlı, gözüaçıq, ayıq, oyanıq olan, sərvaxt. Sayıq adam. - Hər cəbhədə ayıq, sayıq; Əsgər kimi durmalıyıq. S.Vurğun. Bizdən tələb edir quruluş; Belə sayıq yaşamağı. M.Rahim. □ Sayıq olmaq - işində, hərəkətində ayıq olmaq, ehtiyatlı olmaq, sərvaxt olmaq. Nəbi deyir: sayıq olun, yatmayın; Düşmənə havayı güllə atmayın. “Qaçaq Nəbi” . [Gözətçi:] Ancaq ehtiyatlı və sayıq olmaq lazımdır. H.Nəzərli.
məc. Dərin olmayan, yarıyuxulu, yarıayıq. [Göyçək] sayıq yatmalı idi.. Ə.Əbülhəsən. Reyhan tez-tez oyanaraq; Gecəni çox sayıq yatdı. M.Dilbazi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....