Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAVAD1
is. [ər.] Yazıb-oxumağı bacarma; yazı-pozu. [Mozalanbəy:] Axı rusca savadım yoxdur. Ə.Haqverdiyev. Şagirdlərin savadı müxtəlif idi. Aramızda əsla savadı olmayanlar da var idi. T.Ş.Simurq. □ Savad almaq yazıb-oxumağı öyrənmək. Savad vermək yazıb-oxumağı öyrətmək. [Bəhlul:] [Nənəmin] sol əli anadangəlmə şikəst olduğu üçün atası, “bədbəxt qızın” halına acıyıb ona savad vermişdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....