Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SARSILMAQ
f 1. Şiddətli zərbədən dağılmaq, uçmaq, böyük zədə almaq; titrəmək. Bizim təyyarələr... Od saçır hər yan; Topların səsindən sarsılır cahan. M.Rahim. Yaxınlığa düşən mərmi partlayışından qazma möhkəmcə sarsıldı, lampa söndü .. ara qarışdı. Ə.Əbülhəsən.
məc. Təsirli, kədərli bir xəbərdən, işdən, hadisədən və s.-dən çox böyük həyəcan keçirmək, ruhi əzab çəkmək, mütəəssir olmaq, sarsıntı keçirmək. Oğlan bu dəhşətli tələbdən sarsıldı. Mir Cəlal. Kamal bu sərt, amansız həqiqəti ona söyləyəndə ana sarsılmışdı.. M.Rzaquluzadə.
məc. Qırılmaq, puç olmaq, alt-üst olmaq. Onun ümidləri hər tərəfdən sarsılmışdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....