Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SARSAQ
sif. Səfeh, gic, axmaq, abdal. Sarsaq köpək qaysavadanpay umar. (Ata. sözü). // Mənasız, boş, ağılsız (söz, hərəkət, iş və s.). [Cahangir ağa:] Ondan sarsaq iş baş verməz. Ə.Haqverdiyev. // Zərf mənasında. Sarsaq danışmaq. - [Niyaz:] A kişi, sarsaq olma, gəl odunu şələlə dalına, itil cəhənnəmə. Ə.Haqverdiyev. // İs. mənasında. Bəzən söyüş kimi işlənir. [Hacı Bayram:] Sarsağın qızı, məni kim öldürəcək?! Ə.Haqverdiyev.
sarsaq-sarsaq zərf Gic-gic, axmaqaxmaq, mənasız. Sarsaq-sarsaq danışmaq. Sarsaq-sarsaq gülmək. - Teymur hirslənir ki: - Nə sarsaq-sarsaq danışırsan? Necə yəni qaz birqıçlı olar? “M.N.lətif.”
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla