İzahlı lüğət

SARIQLI

sif. 1. din. Başına sarıq qoymuş, başında sarıq olan, çalmalı. Bu küçənin .. başı sarıqlı axundları ilə başı silindrli ziyalıları bir müqəddərat daşıyırdılar. S.Hüseyn. Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal. // is. Molla, ruhani, müsəlman din xadimi (bu mənada adətən “başısarıqlı” şəklində işlənir).
Bint, sarğı və s. ilə sarınmış, bağlanmış (yara, sınıq və s. haqqında). Sarıqlı qol. Sarıqlı ayaq. Üzü sarıqlı olmaq. - Bir gün Hacı Rüstəmin dükan qonşusu usta Həsən papaqçı gördü: budur Hacı, başı, gözü sarıqlı yaman bir halda gəlir. Ə.Haqverdiyev. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov.
İp, sarğı və s. ilə bağlanmış. Dərviş gözünü açıb gördü ki, bir divin dalısında əlayağı sarıqlı gedir. (Nağıl). Üzərinə bir şey sarınmış. Şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed