Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SARAY
is. 1. Padşahın, dövlət başçısının, yaxud padşah ailəsinin daimi yaşadığı həşəmətli bina, ev. Şirvanşahlar sarayı. Qış sarayı. - Oxu tar... Səsini dinləmiş; Şahların, xanların sarayı. M.Müşfıq. // Ümumiyyətlə, öz həşəmət və əzəməti ilə nəzəri cəlb edən bina, ev. Mərmər saraylar.
İctimai təşkilatların olduğu bəzi böyük binaların adlarının tərkibində işlənir. Səadət sarayı. Hökumət sarayı. - Klub və mədəniyyət saraylarında xalq çalğı alətləri ansamblları təşkil edildi. Ə.Bədəlbəyli. [Fərman] bu qızı bir həftə bundan əvvəl tikintinin mədəniyyət sarayında görmüşdü. Ə.Sadıq.
□□ Saray çevrilişi - geniş ictimai qüvvələrin bilavasitə iştirakı olmadan bir padşahın saraydaxili qrup tərəfindən zorakı yolla başqası ilə əvəz edilməsi. II Əbdülhəmid 1876-1909-cu illərdə Türkiyə sultanı olmuşdur. Liberal dairələrin başçısı Midhət Paşanın rəhbərliyi altında həyata keçirilən saray çevrilişi nəticəsində taxta əyləşmişdi. “Hophopnamə” .
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla