Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SAPLANMAQ

məch. 1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq. Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər. A.Şaiq. // məc. Batmaq, sancılmaq. [Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub qəlbimə saplanır. H.Cavid. Fəqət bu qəhrəmanlıq, bu çevikliyə qarşı qüvvətli bir mizraq onun qəlbinə saplandı. H.Nəzərli.
məc. Dikilib qalmaq (göz, baxış haqqında). Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....