Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAPLAQ
is. Yarpağı, gülü, meyvəni budaqla birləşdirən nazik bərk hissəcik; bəndəm. Gülün saplağı. Almanın saplağı. - Sultan əlini soyuq kola uzadaraq dırnaqları ilə bənövşənin nazik saplağını kəsir. Ə.Sadıq.
□□ Boğazı (boynu) armud saplağına dönmək, boğazı armud saplağı kimi nazikləşmək (nazilmək) - son dərəcə arıqlamaq. Rüstəm bəy gülümsündü: - Onun üçün ikisinin də boynu armud saplağına dönüb də. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. [Çimnaz arvad:] ..O qədər arıqlamısan ki, boğazın uzanıb armud saplağına dönübdür. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla