Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SANCMAQ
f 1. Batırmaq, geydirmək, soxmaq. Dərziyə dedilər köç, iynəni (papağına) sancdı. (Ata. sözü). Yetişmiş qızlar iynəni [Kiçikbəyimin] duvağına batırır, sonra yaxalarına sancırdılar. Çəmənzəminli. // Məc. mənada. Dağlar titrədi, ..göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl oxlarını qılınc qayaların təpələrinə sancdı. Ə.Məmmədxanlı. Taxmaq, ilişdirmək, keçirmək. Dəli dəlini görəndə çomağını belinə sancar. (Ata. sözü). [Koroğlu] durnanın telindən dəstə kəsib Eyvazın papağına sancdı. “Koroğlu” . // Bənd etmək, ilişdirmək, keçirmək. Səhər tezdən kişi sarayın yanına gəlir. Görür ki, molla çuxasının ətəyini sancıb belinə, əlində qazma sarayın divarının dibini qazır. “M.N.lətif.” Leyli.. ətəklərini nazik belinə sancıb rəqs edir. Ə.Məmmədxanlı.
Dişləmək. Arı sancmaq. Əqrəb sancmaq. - Balaca uşaqlar gecələr yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər, ya görsünlər niyə uşaq ağlayır və bəlkə uşağı birə sancır, ya bəlkə bir özgə dərdi var. C.Məmmədquluzadə. Sanki bir şey batır kimi ağrımaq. Ürəyi sancmaq. Başı sancmaq. - [Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal. ..Mustafanın dirsəkləri elə bərk sancdı ki, gözləri yaşardı.
S. Vəliyev.
məc. Ağır söz deyib qəlbinə dəymək, incitmək, acılamaq, zəhərləmək. [Dilbər:] Gülüş, sancmağı burax. Söylə məndən nə istəyirsən? C.Cabbarlı. Səməndər Nərgizi sancmağa fürsət tapdı. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....