Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SANCILMAQ
məch. 1. Batırılmaq, qaxılmaq. Külünglər torpağa sancıldı. Ə.Vəliyev. Taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək.
Batmaq, keçmək, girmək. [Canbalayev:] ..Necə olursa stəkan qırığının bir parçası dabanına sancılır. I.Hüseynov.
Qürub etmək, batmaq. Axşam gün sancılanda Qədim dayı özünü şəhərə çatdırdı. S.Rəhimov.
Dikilmək. Hamının nəzəri Şərifzadənin dodaqlarına sancıldı. M.Hüseyn. ..Sultanın gözləri qəribə parıltılı bir nəzərlə qardaşı oğlunun üzünə sancıldı. I.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....