Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SALLANMAQ
f . 1. Üzüaşağı sallaq vəziyyətdə asılmaq. Stolun üstündəki göy mahud örtük yanlardan xeyli aşağı sallanmışdı. M.Hüseyn. Qarmaqdan çoxlu qiymətli şeylər sallanırdı. Mir Cəlal.
məc. Nazla, əda ilə yerimək. Geyinib sallanan gözəllər çoxdu; Tərlan kimi süzmək ona yaraşır. “Koroğlu” . Yarım sallanıban gələndə bizə; Düşübən əl-ayağından öpəydim. M.P.Vaqif. □ Sallanıb getmək (keçmək) üz tutub getmək. Həkim başmağının dalını daşa vurub taqqıldada-taqqıldada .. bazaraşağı sallanıb getdi. Çəmənzəminli. Dedim öldür məni, sallanıb keçdi; Süzgün baxışları qəlbimi deşdi. H.Cavid.
məc. Sallanan, enən kimi görünmək. Göydən qara, zəhmli buludlar sallanmışdı. Çəmənzəminli. Gün əyilmiş, kölgələr sallanmışdı. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla