Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SALXIM
is. Üzüm gilələrinin bir budaqcıqdakı topası. Şanı salxımı. Sarıgilə salxımı. Üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyir... S.S.Axundov. Cabbar içəri girən kimi, Çimnaz süfrədə qalan... üzüm salxımını götürüb ona uzatdı. Ə.Əbülhəsən. // Bu şəkildə olan hər hansı şey. Arı salxımı. Buz salxımı. - Nə olar, bircə salxım yasəmən üz, ver mənə! Əllərinin gül ətri qarışsın yasəmənə. R.Rza. Bayaqdan bəri əncir-üzüm yeyib püstə salxımlarına gözaltı baxan ovçu dostum qəti olmayan bir hərəkətlə bir salxım püstə götürdü. M.Rzaquluzadə.
salxım-salxım zərf Salxım kimi, salxımlar şəklində. Buz salxım-salxım sallanıb. Yasəmənin gülləri salxım-salxım olub sallanırdı. İ.Əfəndiyev. [Çimnaz] indi bir tovuz kimi əlvan boyalarla bərq vurur, ..qızılgərdənbəndlər, mirvari boyunbağılar boynundan salxım-salxım aşağı sallanırdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....